Bağırsağın mikroflorasını dəyişmək üçün cəmi bircə gün kifayət edir.Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, təcrübə aparmaq məqsədilə alimlər bir adamın rasionunu dəyişiblər. Bir gündə o, ət, pendir və yumurtanın çox olduğu təamlar yeyib. Bu isə onun bağırsaqlarında "ildırımsürətli" dəyişikliklər yaradıb. Mədə-bağırsaq traktında ödə tab gətirən bakteriyaların sayı artıb. Bitki karbohidrogenlərini parçalayan Firmicutes bakteriyaları isə azalıb. Üstəlik, zülalı parçalayan yeni genlər də aktivləşib. Sonra həmin adamın rasionu yenidən dəyişdirilib, yalnız bitki mənşəli qidalar verilib. Bu zaman bağırsaqda bitki əsaslı karbohidrogenləri parçalayan bakteriyalar çoxalıb. Heyvani əsaslı rasion bağırsağın iltihablı xəstəlikləri ilə əlaqəli Bilophila wadsworthia bakteriyalarını sayını artırır. Bitki əsaslı rasion isə mikrofloranın dəyişməsində bu qədər "güclü" olmayıb: çünki məhz heyvani qidaya qarşı çoxlu öd ifraz olunur.
Mənbə: Milli.Az