Qadin.NET / ABŞ-da qar fırtınası insanları yollarda qoydu

ABŞ-da qar fırtınası insanları yollarda qoydu

 

Amerika Birləşmiş Ştatlarının şimal-şərqində tüğyan edən güclü qar fırtınası səbəbindən 1000-ə yaxın aviareys təxirə salınıb. Milli.Az Anspress-ə istinadən bildirir ki, ölkənin şimal-şərqində və mərkəz-qərb bölgəsində 35 santimetrədək qar yağıb. Bu səbəbdən aviaşirkətlər təyyarə reyslərini təxirə salmağa başlayıb. Təbii fəlakətdən ən çox Nyu-Cersi və İllinoys ştatlarının zərər çəkdiyi bildirilir. Yollarda buzlaşma yol-nəqliyyat hadisələrinin sayını artırıb. Bu, qış ayları başlayandan 1 həftə ərzində Amerika Birləşmiş Ştatlarında 3-cü güclü qardır. Meteoroloqlar hava şəraitinin daha da pisləşəcəyini proqnozlaşdırırlar


Mənbə: Milli.Az

 

15 dekabr 2013
GO BACK