Qadin.NET / Davudoğlu BMT baş katibi və Yunanıstanın XİN rəhbəri ilə Kipr məsələsini müzakirə edib

Davudoğlu BMT baş katibi və Yunanıstanın XİN rəhbəri ilə Kipr məsələsini müzakirə edib

 

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Şimali Kipr Türk Respublikasından (ŞKTR) qayıdaraq vacib telefon danışıqları aparıb. Davudoğlu BMT baş katibi Pan Gi Muna və Yunanıstanın baş nazirinin müavini, XİN rəhbəri Evanqelos Venizelosa zəng edib. Telefon danışıqları zamanı Kipr üzrə bütün məsələləri əhatə edən danışıqların bərpa olunması imkanları müzakirə edilib. Trend Türkiyənin TRT Teleradio şirkətinin rəsmi saytına istinadən bu barədə xəbər verir. Xatırladaq ki, Davudoğlu Şimali Kipr və Yunanıstana səfər edib. Afinada yunanıstanlı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında Davudoğlu deyib: "Türkiyə və Yunanıstan Kipr probleminin həllində iki zamin ölkə olaraq Kipr nizamlanması prosesinə töhfə verməyə hazırdırlar".

Mənbə: Milli.Az

 

15 dekabr 2013
GO BACK