AzNews.az xəbər verir ki, Azərbaycan mətbuatına ağır itki üz verib. Dekabrın 15-də tanınmış yazıçı-publisist, jurnalist Şükür Səlimxanlı qəflətən vəfat edib. Dəfn bu gün Saray qəsəbə qəbristanlığında keçirilib, hüzr mərasimi isə mərhumun son illər məskunlaşdığı Sumqayıtdakı evində keçirilir. 1959-cu ildə Yardımlı rayonunda anadan olmuş Şükür Səlimxanlı indiki N.Tusi adına ADPU - nin filologiya fakültəsini bitirib. Uzun illər Lənkəran Televiziyasının baş redaktoru işləyib. Daha sonra isə ANS-in cənub bölgəsi üzrə xüsusi müxbiri olub, müxtəlif qəzet və portallarla əməkdaşlıq edib. Mərhumun dəfn mərasimində iştirak etmək istəyənlər Sumqayıt şəhəri, 8-ci mikrorayon, 17 saylı məktəbin qarşısındakı xeyir - şər evinə gedə bilərlər.
Allahdan rəhmət eləsin!
Mənbə: Milli.Az