Qadin.NET / Şimal qütbünün təzə sahibi çıxdı

Şimal qütbünün təzə sahibi çıxdı

 

Kanada Şimal qütbünə haqqı olduğu barədə bəyanat verib. Milli.Az Lenta.ru-ya istinadən bildirir ki, həftənin əvvəlində Kanadanın xarici işlər naziri Con Berd bəyan edib ki, Ottava BMT-yə 1,2 milyon kv.km sahəsi olan geniş arktik rayonun onun yurisdiksiyasına verilməsinə dair ərizə verib. Beləliklə, Kanada Rusiya və Danimarka ilə birlikdə arktik kontinental şelfi özününkü hesab etməyə iddialıdır. Belə bir hüquqa sahib olmaq üçünsə Kanada Lomonosov və Mendeleyev silsilələrinin Avrasiya deyil, məhz Şimali Amerika qitəsinin davamı olmasını sübut etməlidir. Kanadanın bu hərəkəti cavabsız qalmayıb: Vladimir Putin Müdafiə Nazirliyindən qütbdəki hərbi bazanı gücləndirməyi tələb edib. 
Mənbə: Milli.Az

 

15 dekabr 2013
GO BACK