Qadin.NET / "Qarabağ" niyə uduzdu?

"Qarabağ" niyə uduzdu?

 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşdıqları "Bakı" ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, ağdamlıların çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib: “Çox ağır oyun oldu. İstədiklərimizi əldə edə bilmədik. Problemlərimiz var idi. “Bakı”nı qələbə ilə təbrik edirəm. Bərabərlik qolunu vurmağa çalışdıq, lakin alınmadı. Oyunçularımız meydanda çox qaçdılar, çox hərəkət etdilər. Rauf Əliyevi qol vurması münasibəti ilə təbrik edirəm”.

Mənbə: Milli.Az

 

15 dekabr 2013
GO BACK