Musiqi ilə məşğul olmağın uşağın intellektini inkişaf etdirməsi barədə stereotip elmi təsdiqini tapmayıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, ABŞ tədqiqatçıları bunun üçün bir neçə elmi araşdırma aparıblar. Onlar bir neçə il ərzində dörd yaşlı 29 uşağı müşahidə ediblər. Uşaqlardan bir qismi musiqi dərsləri, bir qismi isə təsviri incəsənət dərsi alırdı. Bundan sonra onlar riyazi biliklərini, fəzada istiqamətlənməni və söz ehtiyatını yoxlayan bir neçə test keçdilər. Məlum oldu ki, bu iki qrupdan olan uşaqların intellektual inkişafı arasında elə də fərq yoxdur.
Mənbə: Milli.Az