"Məktəbin rolu tək təhsil vermək deyil, o, həmçinin uşağın inkişafı, sosial adaptasiyası üçün vacibdir. Uşağa öz yaşıdları arasında, cəmiyyət içində inkişaf etməyi öyrətmək çox lazımlıdır. Ailə təhsili isə keçmişin qalığıdır, qədimdə varlı ailələr öz uşaqlarına qapalı əsilzadə mühitində çox gözəl təhsil verirdilər. Dünyada demokratik proseslərin inkişafı daha çox ictimai təhsilin inkişafı, məktəb, universitet və digər təhsil qurumlarında oxumaq imkanının genişlənməsi ilə bağlıdır. Hamı anlamalıdır ki, təhsildən savayı, uşağa həmçinin sosial adaptasiya da lazımdır. Ev təhsili yalnız əngəlli, özləri məktəbə və ya universitetə gedə bilməyən uşaqlara lazımdır. Ümumilikdə isə ailə təhsilini praktikaya çevirmək lazım deyil". Milli.Az Day.Az-a istinadən bildirir ki, bu sözləri Milli Məclisin deputatı Asim Mollazadə "РС…Рѕ"ya müsahibəsində deyib. Öz növbəsində, 160 saylı klassik gimnaziyanın direktoru Faina Ələkbərova qəzetə bildirib ki, ailə təhsili faydadan çox, zərər verə bilər. Hazırkı şəraitdə və cəmiyyətin mentaliteti çərçivəsində belə təhsil yalnız repetitorluğun artmasına rəvac verəcək. Valideynlərin çoxu uşaqlarına təhsil vermək istəməyəcək, çünki çoxu səhər tezdən oyanmağa ərinəcək, yaxud boş vaxtları olmayacaq. Bu səbəbdən hamı müəllim tutmağa başlayacaq. Çox az valideyn uşağının sərbəst oxumasını istəyəcək. Üstəlik, belə təhsil cəmiyyətdə asosial adamların çoxalmasına səbəb olacaq.
Mənbə: Milli.Az