Bu gün Ümumdünya Çay Günüdür - dost-tanısı yığıb əla məclis düzəltmək üçün də bir bəhanə. Milli.Az bildirir ki, bu günü Hindistan və Şri-Lankada daha aktiv qeyd edirlər. Azərbaycana gəldikdə isə, demək olar ki, bizlərdə hər gün elə "çay bayramı"dır - səhər şirin çayla başlar, sonra da "çay nədir, say nədir, çıxdı beşə, vur on beşə" qaydasıyla gecə yatanadək günümüz "çaylı" keçər. Hansı çayları sevirsiniz? Qara, yoxsa yaşıl? Bəlkə, berqamot ətirli? Azərbaycan günəşi altında yetişən çaylar dadlıdır, yoxsa hind qızlarının yığdığı, ingilis maşınlarında qablaşdırılıb əlavə dad-ətir qatılan çaylar? Azərbaycanlılar niyə bu qədər çox çay içirlər? Fikirlərinizi bilmək maraqlı olardı.
Mənbə: Milli.Az