Qadin.NET / Paytaxt sürücülərinə xoş xəbər

Paytaxt sürücülərinə xoş xəbər

 

Bakının Tbilisi prospektinin Nəqliyyat Nazirliyi binasının yanından "20 Yanvar" metrostansiyasının yaxınlığındakı dairəsinədək təmirə bağlanılan bir hissəsi bir-iki günə açılacaq. Bu barədə Trend Azəryolservis ASC-yə istinadən bazar günü məlumat verir. Səhmdar cəmiyyəti nümayəndələrinin sözlərinə görə, yolun 450 metrlik hissəsində təmir işləri həyata keçirilir. Bu gün və ya sabah gün ərzində işlərin başa çatdırılması üçün əraziyə çoxlu sayda texnika və insanlar cəlb olunublar.

Mənbə: Milli.Az

 

15 dekabr 2013
GO BACK