Qadin.NET / Əlvida, Madiba!

Əlvida, Madiba!

 

Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti, dünyada "demokratiyanın atası" kimi tanınan, aparteidə qarşı ən qatı mübariz Nelson Mandela bu gün torpağa tapşırılır. Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Mandela ölkənin cənub-şərqindəki doğma Kunu kəndində minlərlə insanın - qohumları, həmtayfaları və qonaqların iştirakı ilə dəfn olunur. Madibanın (cənubi afrikalılar "millətin atasını" belə adlandırırlar) dəfn olunacağı yerin yaxınlığında onlarla topdan atəş açılır. Topun lafetinin üstünə qoyulmuş Madibanın tabutu bu səslərin altında qəbirə aparılır. Mandelanın yaxınlarının xahişi ilə yerli tayfanın adəti ilə keçirilən mərasimin foto-videoçəkilişi qadağan olunub. Buna baxmayaraq yerli telekanal canlı yayım aparır. Mandela dekabrın 5-i Yohannesburqdakı evində, 95 yaşında vəfat edib. O, CAR-ın ilk qaradərili prezidenti olub. Ölkəyə 1994-1999-cu illərdə başçılıq edib. Aparteid rejiminə qarşı apardığı mübarizəyə görə 27 il həbsdə olub. 1993-cü ildə Nobel Sülh mükafatı alıb. 

 

Mənbə: Milli.Az

15 dekabr 2013
GO BACK