Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Milli.Az Anspress-ə istinadən dekabrın 15-də baş verən əlamətdar hadisələrə nəzər salır.
 Miladi: 15 dekabr 2013

Hicri: 11 Səfər 1435
İlin 349-cu günü
İlin sonuna 16 gün qalır
Bu günün namaz vaxtları 
Fəcr - 06.40 
Günəş - 07.56 
Zöhr - 12.39 
Əsr - 15.18 
Məğrib - 17.30 
İşa - 18.52
37 — Roma imperatoru Neron dünyaya gəlib.
530 — İmperator Yustinianın əmrilə Roma hüquq sistemi 6-cı əsrin tələblərinə uyğunlaşdırılıb.
1055 — Səlcuq hökmdarı Toğrul bəy Bağdadı fəth edib.

1072 — Səlcuqlu hökmdarı Alp Arslan əsir aldığı qalabəyi tərəfindən qətlə yetirilib.
1256 — Hülakü xanın qoşunları Əlamut qalasını yerlə yeksan edib. Qala indiki İran ərazisində yerləşirdi.
1806 — Napoleonun ordusu Varşavanı tutub.
1832 — Fransız mühəndis Qustav Eyfel anadan olub. 
1917 — Moldova Xalq Respublikası elan edilib.
1920 — Azərbaycan İnqilab Komitəsi “Vahid dövlət arxiv fondunun təşkili və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında” dekret imzalayıb.

1934 — Belarus siyasi xadimi Stanislav Şuşkeviç anadan olub. 
1935 — Azərbaycan Mərkəzi icraiyyə komitəsinin Azərbaycan SSR-in 15 illiyinə həsr edilmiş yubiley sessiyası keçirilib.
1946 — Şair, yazıçı, esseist, kino-dramaturq, tərcüməçi Ramiz Rövşən dünyaya gəlib.
1971 — “Qurdlar vadisi” seriyalının baş rol oyunçusu Necati Şaşmaz (Polat Alemdar) anadan olub.
1989 — Rumıniyada kommunist rejiminə qarşı çıxışlar başlayıb.
1990 — Qırğızıstan müstəqilliyini elan edib.
2000 — Çernobıl AES-in sonuncu - üçüncü blokunun işi dayandırılıb. Bununla da, AES-in fəaliyyətinə son qoyulub.

Mənbə: Milli.Az

15 dekabr 2013
GO BACK