Qoç - günün əksər hissəsi kursu bilinməyən dövrdür. Mühüm işləri təxirə salın. İşgüzarlıq lazımi səviyyədə olmalıdır. Yaşam arealı və çalışdığınız sahədə qayda yaradın. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətlərdə stress və sürprizlər olacaq. Dostlar və həmkarlar indi sizdən sui-istifadə etməyə çalışırlar. Hadisələrlə xəbərlərin intensivliyi artır. Daxili gərginlik səviyyəsini aşağı salın.
Buğa - perspektivlərlə prioritetləri müəyyənləşdirin. Qeyri-müəyyənlik nə qədər çox olarsa, siz bir o qədər iradəli və qətiyyətli davranmalısınız. Gün sürprizlər vəd edir. Günün ikinci yarısında ötənlərdə unutduğunuz ideya və ya insanı xatırlaya bilərsiniz. İntuisiyanıza güvənin. Rasional olmayan addımlar, münasibətlərdəki kompromislər problemlərinizin həllinə radikal təsir edə bilər. İndi hər şeyi izah etmək asan deyil. Bacarıq və məziyyətləriniz danışıqlar prosesinə təsir edə bilər. Əməksevər və sürətli olun.
Əkizlər - maraqlı ünsiyyət vəd edən gündür. Dəvət aldığınız toplantı və tədbirlərə qatılın. Günlə bağlı xüsusi planlarınız varsa, mütləq yerinə yetirin. Bir qədər əvvəl başladığınız işləri başa vurun. Yeniliklər və eksperimentlər zamanı deyil. Günün ikinci yarısında maliyyə məsələlərindəki qeyri-müəyyənlik səhhətinizə təsir edə bilər. Tam bələd və ya əmin olmadığınız mövzunu inkişaf etdirməkdən çəkinin. Qüvvə toplayın. Sabah sizi ağır gün gözləyir. Alış-verişi təxirə salın.
Xərçəng - ötən günlərin gərginliyini aradan qaldırmaq üçün aktiv çalışın. Uzunmüddətli və monoton səylər tələb etməyən işlərə tez başlayaraq, tez başa vurun. Görüş və ya əyləncəni təxirə salın. Yaxın ətrafınızdakı insanlarda sizinlə bağlı ifrat gözləntilər var. Günün ikinci yarısında insanların sözləriniz və hərəkətlərinizə reaksiyasına diqqətlə fikir verin.
Mənfiliyə köklənməyin. Qəfil xəbər hissiyatınızı artıra bilər. Cavab reaksiyasında tələskənliyə yol verməyin.
Şir - güclü marağınıza, nigaranlığınıza və ya təlaşınıza səbəb ola biləcək hadisə baş verə bilər. Cavab verməyə tələsməyin. Vəziyyətin ayndınlaşmasını gözləyin. Baş verənlər təsadüf deyil. Ötənlərdəki əməllərinizdən biri indiki olayların nəticələri ilə bağlıdır. Tərəfdaşla səmimi olun, kimsəni aldatmayın. Günün ikinci yarısında səhvləri sürətlə aradan qaldırın. Sizdən yardım istəyən insana kömək edin. Şəxsi işlərin həllinə vaxt çatmaya bilər. Axşam saatlarını sevdiyiniz insana qayğıya həsr edin.
Qız - müştərək əmlakla bağlı məsələləri həll etmək, gəlir bölmək, hüquq-mühafizə orqanlarına müraciət etmək üçün əlverişli gün deyil. İnternetdə çox vaxt keçirməyin, münasibətləri aydınlaşdırmayın, suallara cavab aramayın. Bəzi hadisələr istədiyiniz kimi alınmayacaq və vəziyyəti daha da korlayacaq. Günün ikinci yarısı istirahəti təxirə salaraq çalışın. Planlaşdırdığınız işlə məşğul olun. Sizi işdən yayındırmaq cəhdlərinə uymayın. Axşam saatlarında ruhlana bilərsiniz.
Tərəzi - qarışıq, laübəli, mürəkkəb gündür. Münasibətləri gərginləşdirməmək və ya nəyisə pozmamaq üçün ehtiyatlı davranın. Cari dəyişikliklərdən gözlənilməz şəkildə fayda əldə edə bilərsiniz. Uzaqdan dəstək alacaqsınız. Günün ikinci yarısında emosiyalara qapılmayın. Nəyisə dəyişmək imkanları çox deyil. Daha çox başqasının nə isə edəcəyinə güvənməyin. Yaradıcılıq impulslarını yaşam arealının yaxşılaşdırılmasına yönəldin.
Əqrəb - təmkinli, soyuqqanlı olun. Əsas məsələni ikinci dərəcəli məqamlardan ayırın. Cari situsiyalar seçdiyiniz yolun, irəlilədiyiniz istiqamətin sınağı sayıla bilər. Günün ilk yarısından etibarən gözlənilməz situasiyalar və ətrafınızdakı insanların qeyri-adi davranışı ilə qarşılaşa bilərsiniz. Stabilliklə risk etməsəniz, açıq qarşıdurmadan çəkinsəniz, qüvvənizi sınamaq istəməsəniz, ciddi problemlərlə üzləşəcəksiniz. Günün ikinci yarısında müəyyən itkilər ola bilər, amma təmayüllər müsbətdir. Yeni mərhələnin başlanğıcıdır. Məqsədə doğru asan, qısa yol aramayın. Yaşananları müşahidə edin. Fiziki zəiflik, əhvalın pisləşməsi istisna deyil. Zərurət yaranarsa, mürəkkəb söhbətə razılaşın.
Oxatan - bir qədər rahat nəfəs ala bilərsiniz. İş və ünsiyyəti hədsiz dərəcədə intensiv etməyin. Fikirlərinizi, hisslərinizi qaydaya salın. Daxili harmoniyanı bərpa etməyə imkan verən işlərlə məşğul olun. Sizi çoxdan bəri narahat edən problemi günün ikinci yarısında həll edə bilərsiniz. Şəxsi münasibətlərdəki müşkülləri güzəşt və qarşılıqlı anlaşma ilə həll etmək olar. Fəal, mütəhərrik olun. Dəyişikliklərin başlandığını hiss etsəniz, təşəbbüslə çıxış edin. Yaşamınızdakı xaosu aradan qaldırın.
Oğlaq - çətin problemi həll etmək zərurəti var. Cari işlərlə məşğul olanda qarşınıza qoyduğunuz məqsədi unutmayın, fəaliyyətinizi planlaşdırın. Ətrafınızdakı insanlarla münasibətlərdə birmənalı hərəkət etməyin, təzyiq göstərməyin. Gərəkli saydığınız işi görə bilərsiniz. Amma təzyiq unudulmayacaq. Günün ikinci yarısında enerjinizdən daha məntiqi faydalana biləcəyiniz sahəyə diqqət yetirin. Orqanizminiz stresslərə məruz qalıb. Xroniki ağrının kəskinləşməsi mümkündür. Ehtiyatsız davranış travma verə bilər. İzafi dərəcədə yorğunluğa düçar olmayın. Alış-verişi təxirə salın.
Dolça - reallaşamayan gözləntilər və ya yaxın ətrafınızdakı insanların sürprizlərinə görə əhvalınızı pozmayın. Yaşam arealını qaydaya salın, işlərdə nizam yaradın. Günün ikinci yarısı narahat olacaq. Münasibətləri gərginləşdirməmək və pozmamaq üçün ehtiyatlı olun. Cari situasiyadan qəfil mənfəət əldə edə bilərsiniz. Uzaqdan xəbər, faydalı məlumat gələcək.
Bəzi hadisələrlə problemləri təxminləməyə, təmayülləri anlamağa çalışın.
Planlarınızdakı mühüm məqamlardan birində korrektələr etmək gərəkdir.
Balıqlar - qapalı təmayüllər və təsirləri başqaları ilə müqayisələ daha yaxşı hiss edin. Yaşanacaq dəyişiklikləri duyun. Yeniliklər və qeyri-adi hadisələrə diqqət verin. Mürəkkəb məsələlərin həlli, emosional situasiyaların çözülməsi üçün gərəkən ştrixi tapın. Günün ikinci yarısında qarşılıqlı anlaşma əldə etməyin çətin olduğu insanla münasibətləri müzakirə edə bilərsiniz. Mübahisə etməyin, səbəbsiz konflikt yaratmayın. Enerji sərfiyyatına fikir verin. Maliyyə vəsaitini nəzarətdə saxlayın. Yenilikləri və dəyişiklikləri təxirə salın.
Mənbə: Milli.Az