BMW şirkəti Z4 Pure Fusion Design rodsterini məxfilikdən çıxartdı. Yeniliyin dünya premyerası yanvarda Detroyt avtosalonunda olacaq. Milli.Az 4charx.com-a istinadən bildirir ki, Pure Fusion Design – bu rodsterin salonunu daha təmtəraqlı etmək üçün nəzərdə tutulan seçimlər paketidir. Salonun tərtibatında daha bahalı Nappa dərisindən istifadə edilib, idman kürsüləri qurulmuşdur. Rodster zahirən dəyişməyib, amma BMW Z4-ün bu versiyası üçün xüsusi Sparkling Brown rəngləməsi mümkün olacaq.
Mənbə: Milli.Az