Counterpoint Research analitik şirkəti qlobal smartfon bazarında ən çox satılan telefonların reytinqinə dair növbəti hesabat dərc edib. Oktyabrın nəticəsinə görə, birinci yerdə iPhone 5s, ikincidə isə iPhone 5 qərarlaşıb. Samsung Galaxy S4 smartfonu isə üçüncü olub. Milli.Az ICTnews-a istinadən bildirir ki, iPhone 5c dördüncü, Galaxy Note 3 isə bu sıralamada beşinci olub. Apple şirkəti qurğularının qlobal bazarda mövqelərinin möhkəmlənməsində Çinin rolu böyükdür.
Mənbə: Milli.Az