Qadin.NET / 2016-cı ilədək çini qabların idxalına görə xüsusi rüsum tətbiq edib

2016-cı ilədək çini qabların idxalına görə xüsusi rüsum tətbiq edib

 

Avrasiya Gömrük İttifaqı ölkələri ərazisinə ixrac edilən çini qablara görə 2016-cı il sentyabrın 28-dək xüsusi rüsum tətbiq edilir. Trend-in Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı məlumata istinadən verdiyi xəbərə görə, bu barədə Avrasiya İqtisadi Komitəsi kollegiyasının qərarında deyilir. Qərara əsasən, xüsusi rüsumun qiyməti dəyişdiriləcək. Belə ki, 2014-cü il sentyabrın 28-dək 1 ton məhsulun qiyməti 1479 dollar həcmində, 2014-cü il sentyabrın 29-dan 2015-ci il sentyabrın 28-dək 1035,3 dollar, 2015-ci il sentyabrən 29-dan 2016-cı il sentyabrın 28-dək 591,6 dollar müəyyənləşdirilir. Məlumata görə, bu addım Çin istisna olmaqla, Gömrük İttifaqının tarif üstünlüklərindən yararlanan inkişaf etmiş ölkələrdə istehsal edilən mallara şamil edilmir.

 

Mənbə: Milli.Az
14 dekabr 2013
GO BACK