Qadin.NET / Çempionlar Liqasında rekordlar mövsümü...

Çempionlar Liqasında rekordlar mövsümü...

 

Çempionlar Liqasının qrup mərhələsi başa çatdı və 1/8 finala çıxan 16 komanda müəyyənləşdi. Milli.Az fanat.az-a istinadən xəbər verir ki, UEFA-nın rəsmi saytı qrup mərhələsinin "ənləri"ni seçib. UEFA "Atletiko"nu Çempionlar Liqasının ən yaxşı komandası seçib. İspaniya klubu qrupu məğlubiyyətsiz başa vurub və bir oyunda heç-heçə edib. Maraqlıdı ki, "Real" da eyni göstəricilərə imza atıb - 5 qələbə, 1 heç-heçə. Uefa.com "Real"ın ulduzu Kriştianu Ronaldunu qrup mərhələsinin ən yaxşı oyunçusu elan edib. Portuqaliyalı ulduz "Qalatasaray"la oyunda het-trik etmiş və sonrakı 5 matçda 6 qol vurmuşdu. Cari mövsümdə 9 dəfə fərqlənən Ronaldu turnirin qrup mərhələsinin ən çox qol vuran oyunçusu olub. Qrup mərhələsində ən gözəl qolu Zlatan İbrahimoviç vurub. PSJ-nin isveçli ulduzunun "Anderlext" - PSJ matçında vurduğu 3-cü qol ən yaxşı seçilib. Topla 25 metr hərəkət edən Zlatan sərt zərbə ilə onu tora qovuşdurmuşdu. Çempionlar Liqasının rəqəmi "10" seçilib. Belə ki, son çempion "Bavariya" turnirdə ardıcıl 10 qələbə qazanaraq "Barselona"nın 9 matçlıq rekordunu qırıb. 11 matçda "Mançester Yunayted"ə Münhen təmsilçisinin seriyasına son qoyub. Çempionlar Liqasının sürprizi "Çelsi"ni hər iki oyunda məğlub edən "Bazel" olub. Bu iki qələbə İsveçrə təmsilçisinin 1/8 finala çıxmasına kömək etməsə də, futbolsevərlərin və Joze Mourinyonun yaddaşında yer etməyə bacarıb. Çempionlar Liqasında ən uğurlu qurtarışı "Seltik"in qapıçısı Fraser Forster edib. O, "Barselona" ilə Şotlandiyada keçirilən ilk matçda özünü ən yaxşı tərəfdən göstərib. Çempionlar Liqasının rekordu isə "Mançester Yunayted"in 40 yaşlı Ryan Giqqz olub. Bu il 19-cu dəfə bu turnirə qatılan uelsli ulduz 145-ci matçına çıxıb. Bununla da o, Raulun 144 oyunluq rekordunu qırıb.
Mənbə: Milli.Az

 

14 dekabr 2013
GO BACK