Qadin.NET / Ukraynada aksiyaçılar gələcəklərini Avropa ilə görürlər

Ukraynada aksiyaçılar gələcəklərini Avropa ilə görürlər

 

Ukrayanda baş qaldıran etirazlar Nazirlər Kabinetinin həbsdə olan keçmiş baş naziri Yuliya Timoşenkonun xaricdə müalicəsini nəzərdə tutan layihəni rədd elməsi ilə başladı. Çünki bu layihəni rədd elməklə Ukrayna həm də Avropa Birliyindən üzünü çevirdi. Anspress xəbər verir ki, Avropa Birliyi isə məhz sabiq baş nazir Timoşenkonun azad olmasını rəsmi Kiyevin qarşısında şərt kimi qoymuşdu. Kiyev siyasətindəki bu dəyişiklikdən sonra Avropanın acığına Rusiyanın layihəsi olan Gömrük İttifaqına yaxınlaşmaq addımlarını atdı. Amma onun addımı xalqın addımı ilə üst-üstə düşmədi.

Etirazlar göstərdi ki, xalq Rusiyanı yox, Avropanı istəyir. Elə isə, Rusiyanın Ukrayna sevgisi hardandır? Sovetlər birliyinin dağılmasından sonra müstəqillik əldə edən Ukryana sahib olduğu coğrafi mövqe, yeraltı sərvətləri, o cümlədən bərəkətli torpağı ilə bir çox ölkənin diqqətini çəkdiyi kimi Rusiyanın da nəzərindən qaçmamışdı. Ukryana həm də Rusiyanın geniş ərasizinin Avropaya çıxışı olan yeganə nöqtəsidir. Ukryana ilə Rusiyanın ortaq tarixi və mədəni əlaqələrinin olmasına baxmayaraq, bu ölkələrin siyasi əlaqələri heç də xoş olmayıb. Bunun yeganə səbəbi isə Rusiyanın özünü bölgədə güc sahibi görmək istəməsidir. Özünü Sovet İtifaqının varisi kimi görən Rusiya hesab edir ki, nə vaxtsa keçmişdə sahib olduğu gücü yenidən bərpa edə bilər. Bu gücə sahiblənmənin bir yolu da Ukraynanı qanadı altına almasından keçir. Ona görə də, Rusiya davamlı olaraq Ukryanada hakimyyət uğurunda mübarizə aparan qüvvələrdən yalnız öz marağını təmin edəcək şəxslərə dəstəyini verirdi.Əslində Viktor Yuşenkodan sonra hakimiyyətə gələn Viktor Yanukoviçin Rusiyanın layihəsi olduğunu bilməyən az adam tapılarıdı. Lakin bununla bərabər baş nazir postunu tutan Y.Timoşenkonun ölkəni Rusiyanın caynağından çıxarmaq cəhdləri də aydın idi. Hələlik mübarizədə Timoşenko uduzur. Çünki onu həbsə salan qərar da, məhz Rusiya ilə bağlanan qaz sazişidir.Ukrayna höküməti Rusiyanın iradəsi əleyhinə addım atmamasının səbəbini ölkəsinin iqtisadi maraqları ilə bağlayır. Yanukoviç hökuməti hesab edər ki, əgər Ukryana Rusiyadan üz çevirərsə, onda ciddi iqtisadi probemlərlə qarşılaşa bilər. Əslində isə Ukryananın Rusiyadan qaz aslılığı olsa da, aqrar sənayedə iqtisadi gücləri bərabərləşir. Bəs onda Rusiyadan qorxmağın səbəbi nədir? Ukryananın ciddi iqtisadi probemlər fonunda ehtiyat elədiyi məqam Şərqi Ukraynanın Rusiyanın nəzarətində olmasıdır. Odessa, Xarkov və Donetskdə əhalinin 90 faizi ruslardır.
Ölkənin qərb əhalisindən fərqli olaraq, şərqdə yaşayanlar Rusiyanı istəyirlər. Rusiya isə bu kartı oyunun sonuna saxlayıb. Bu ehtiyatı nəzərdən qaçırmayan rəsmi Kiyev indi ölkənin parçalanmasından ehtiyat edir. Hətta bu məsələ Yuşenko hakimyyəti dönəmində daha qabarıq formada olmuşdu və məhz buna görə Ukyrana Avropaya doğru addımlayırdı. Xalqın soyuq qış günündə küçələrdən yığılmamsı isə Yanukoviç hökumətini düşünməyə vadar elədi. Ukrayna hökuməti Avropa Birliyi ilə tezliklə ticarət və əməkdaşlıq müqaviləsi imzalayacağını açıqladı.Avropa Birliyinin rəsmiləri 2014-cü ilin yazında Ukrayna və AB arasında keçiriləcək ikitərəfli sammitdə Kiyevin sazişə imza atacağını gözləyir. İndi qalır Rusiyanın atacağı addımlar. Unutmayaq, Avropa Birliyinin şərq tərəfdaşlığına üzv olan 6 dövlət. Ukryana, Belarus, Moldova Cənubi Qafqazdan isə, Azərbaycan, Ermənistan və Gürcüstan Rusiyanın hədəfindədir. Çünki Avropanın gələcəkdə öz ailəsi kimi görmək istədiyi bu dövlətlər Rusiyanın nəzarət dairəsindən təmamilə çıxa bilər. Rusiya isə hər vəchlə bunun qarşısını almağa çalışacaq.

Mənbə: Milli.Az

14 dekabr 2013
GO BACK