"Gülüş ömrü uzadır" deyimi çox populyardır. Fəqət, alimlərin son araşdırması bu ifadənin yalan olduğunu deyir.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Britaniyanın Oksford Universitetinin alimlərinin tədqiqatlarının nəticələrinə görə, gülüş insanı öldürə bilər.Ürəyi yatmış qadının ölüm səbəblərini araşdıran britaniyalı alimlər qadının gülməsi nəticəsində ürəyinin dayandığını təsdiqləyiblər.Bu isə "gülməkdən ölmək" deyiminin real olduğunu göstərib.Alimlər hesab edirlər ki, gülüşdən ürək yatmaqla yanaşı, bağırsaqda da probelmlər yarana bilər. Bundan başqa, çox gülmək epileptik tutmalara da səbəb olur. Gülüş zamanı təngənəfəslik astma tutmaları yaradır.Birmingem Universitetinin alimləri isə 1946-cı ildən bəri şəhərdəki ölüm hallarını araşdıraraq gülüşün insan orqanizminə təsirini anlamağa çalışıblar.Bütün bunlarla yanaşı, gülüşün insan orqanizminə müsbət təsiri də var. Birmingem Universitetindəki eksperimentlər zamanı şəhər xəstəxanalarındakı ağır xəstələrin eyinlərini açmaq üçün onların yanına klounlar göndərilib. Nəticələr göstərib ki, səmimi gülüş gün ərzində 2 min kalorini "yandırır".Şəkərli diabet xəstələrində gülüş qanda şəkər miqdarını aşağı salır.
Mənbə: Milli.Az