Bir-birindən maraqlı verlişlərilə hər zaman tamaşaçılarının zövqünü oxşayan “Kanal S” bu dəfə əsgər aliləsinə sevinc bəxş edib. “Kanal S”in efirində yayımlanan “Əsgər” layihəsi çəkiliş apardığı Daxili Qoşunların Lənkəranda yerləşən “N” saylı hərbi hissəsində qulluq edən şəkili əsgəri ailəsi ilə görüşdürüb. “Kanal S”in ən maraqlı layihələrindən olan “Əsgər” verilişi hər həftənin bazar günləri saat 11:30-da yayımlanır. Verilişdə, əsasən, Azərbaycan Respublikasının müxtəlif qoşun növlərində şərait və əsgərlərin həyat tərzi işıqlandırılır. Hərbi hissə rəhbərliyi əsgərə 10 günlük məzuniyyət verilməsi ilə bağlı əməkdaşlarımızın xahişini yerə salmayıb. Beləliklə, xidmətdə fərqlənən həmin əsgər Şəkiyə, evlərinə gətirilib və ailəsinə təhvil verilib. “Kanal S” bu ənənəni “Əsgər” verilişinin növbəti buraxlışlarında da davam etdirəcək. Qeyd edək ki, Daxili Qoşunların Lənkaranda yerləşən “N” saylı hərbi hissənin rəhbərliyi döyüş təlimi və şəxsi heyətin məişət şəraitinin işıqlandırılmasında fəal iştirakına görə “Kanal S”in əməkdaşlarına fəxri fərman verib.
Mənbə: Milli.Az