McLaren kod adı P13 olan yeni super avtomobili haqqında ilk rəsmi məlumat yayıb. Artıq indidən bazarda Porsche 911 -ə rəqib olacağı deyilən yeni modelin şassisi karbondan olacaq. Buna baxmayaraq, avtomobilin qiyməti mənsub olacağı sinif üçün münasib olacaq. Autocar-ın məlumatına görə, superkar 120 000 funt qiymətlə təklif ediləcək. Milli.Az 4charx.com-a istinadən bildirir ki, McLaren P13 kapotu altında 12C modelində istifadə olunan mühərrikin eynisi olacaq. Söhbət 3,8-litrlik ikiqat turbo aqreqat haqqında gedir. Ancaq 12C -dan fərqli olaraq mühərrikin verimi 625 at gücünə qarşı daha az – 450 a.g. olacaq. İlk texniki təfərrüatlarla yanaşı internet şəbəkədə modelin eskizi də yayılıb. Həmin eskizə əsasən superkarın xarici görünüşü 12C və P1 stilində yerinə yetiriləcək. Bütovlükdə McLaren firma silueti tanınır və göründüyü kimi istehsalçı eksteryerdə heç bir qlobal yenilik planlaşdırmır.
Mənbə: Milli.Az