
Avtonom nəqliyyat ideyası fəal templərlə inkişaf etdirilir: artıq 2020-ci ildə maşın-robotların seriya buraxılışı reallıq olacaq. Milli.Az 4charx.com-a istinadən bildirir ki, öz qeyri-adi avtomobil layihələriylə məşhur İsveçrə şirkəti Rinspeed son tendensiyalardan geri qalmamağa çalışır və Genevrə avtosalonuna "sürücü kreslosu" anlayışını kökündən dəyişdirəcək konsept gətirəcək.
Bir halda ki, avtomobil yolda müstəqil gedə bilər, isveçrəlilər salonda bir sıra mühüm dəyişikliklər etməyi qərara alıblar ki, bütün sərnişinlərin bir yerdən başqa yerə maksimum rahat getmələri təmin edilsin. Axı indi sürücüyə sükanı döndərmək də lazım deyil, bu əsasla erqonomikanı da dəyişmək olar.
"Qəribədir ki, heç kəs bizə qədər hələ bu sualın üstündə fikirləşməyib. İndi mənə sürücü kimi daim gözlərimi yola zilləməyə və sükanı fırlatmağa artıq ehtiyac yoxdur. Niyə maşını elə etməyək ki, hamı rahat və xeyirli vaxt keçirə bilsin?", - deyə Rinspeed başçısı Rindernext Frank konseptin ideyasını izah edib.
XchangE adını almış avtomobil elektrik mühərrikləri ilə işləyən böyük rahat sedandan ibarətdir. Avtomobil avialaynerlərin biznes-klass salonlarında olduğu kimi rahat kreslolarla lovğalana bilər. Hətta sürücü kimi nəzərdə tutulan sərnişin də daxil olmaqla qabaq sərnişinlər üzü arxa sıraya tərəf dönə və rahatlıq və texnoloji ab-havada avtomobilin onları təyinat yerinə gətirib çatdıracağını gözləyə bilərlər.
Maşında sükan çarxı saxlanılıb, amma adi istismar şəraitində o mərkəzdə yerləşdirilib ki, heç kəsə mane olmasın. Ştatdankənar vəziyyət halında qabaq sərnişinlərdən hər hansı biri sükanı özünə çəkib idarə etməni əlinə ala bilər. Təkərlərlə əlaqə idarə bloku və elektrik mühərrikləri vasitəsilə həyata keçirilir. Artıq Infiniti özünün Q50 modelində oxşar texnologiyaya yiyələnir.
Mənbə: Milli.Az