Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər qar yağacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi ehtimal olunur. Temperatur gecə 10-15° şaxta, gündüz 0-5° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın gecə və səhər yağıntılı olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gecə 2-7° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər qar yağacaq, gündüz hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 3-8° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 18-23° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər havanın yağıntılı olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi ehtimal olunur. Temperaturun gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava arabir yağıntılı olacaq. Dağlarda duman olacağı ehtimalı var. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Mənbə: Milli.Az