Azərbaycanla Ukrayna arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub. Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir HəsənovUkraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenkonu qəbul edib. Milli.Az-ın məlumatına görə, Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, səfir müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edərək, ona gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Görüş zamanı regiondakı hərbi-siyasi vəziyyət, Ukrayna-Azərbaycan ikitərəfli əməkdaşlığı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələləri barədə fikir mübadiləsi aparılıb. Görüşdə Ukrayna Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi polkovnik Vladimir Mitin də iştirak edib.
Mənbə: Milli.Az