Qadin.NET / Azay Quliyev Brüsselə niyə gedir?

Azay Quliyev Brüsselə niyə gedir?

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 15-17 dekabr tarixlərində Brüsselə səfər edəcək. Milli.Az xəbər verir ki, Şuradan Trend-ə verilən məlumata görə, səfərin məqsədi Şuranın xarici QHT-lərə maliyyə yardımı çərçivəsində dəstək verdiyi "Avropa Yəhudi Birliyi" və Ukrayna Yəhudilər Konqresi"nin "Azərbaycanda yəhudi həyatı və tolerantlıq mədəniyyəti" layihəsinin yekununa həsr olunan beynəlxalq konfransda iştirak etməkdir. Konfrans Avropa Yəhudi Parlamenti Baş Assambleyasının yaxından dəstəyi ilə Avropa Parlamentində təşkil olunacaq. Tədbirdə mövzuya aid qısa film nümayiş etdiriləcək və bir sıra məruzələr dinləniləcək. Səfər çərçivəsində Şuranın nümayəndə heyəti Avropa Komissiyasının Vətəndaş Cəmiyyəti və Yerli Hakimiyyət İdarəsinin rəhbəri Angelio Baglio ilə QHT sektorunun aktual məsələlərinə aid əməkdaşlıq məsələlərini müzakirə edəcək. Səfər zamanı Şuranın əməkdaşlıq etdiyi bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları ilə görüş keçiriləcək və icrada olan layihələr haqqında fikir mübadiləsi aparılacaq.
Mənbə: Milli.Az

 

13 dekabr 2013
GO BACK