Qadin.NET / Avropanın paytaxtı iflic oldu

Avropanın paytaxtı iflic oldu

 

Çoxsaylı tıxaclar və ictimai nəqliyyatdakı pozuntular bu gün Brüssel sakinlərinə və qonaqlara çətinliklər yaradır. Bunun səbəbi isə eyni vaxtda bir neçə həmkarlar ittifaqı tərəfindən keçirilən etiraz aksiyalarıdır. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, yanğınsöndürənlər etiraz üçün Brüsselə gəliblər. Bundan əlavə, incəsənət və ədliyyə işçiləri də aksiya keçiriblər. Belçikanın Namyure, Lejye, Hente və Şarleur şəhərlərində də etirazların keçirilməsi gözlənilir. Aksiyaçıların tələbləri müxtəlif dövlət idarələrinə yönəlib. Əsas tələblər əmək şəraitinin yaxşılaşdırılmasıdır. 

Mənbə: Milli.Az

 

13 dekabr 2013
GO BACK