Milli.Az Modern.az-a istinadən uzun müddət Azırbaycan mediasının gündəmində olmuş Milli Ordunun zabiti, mayor Ramil Səfərovun yeni fotosunu təqdim edir. Şəkil bu ilin yayında çəkilib. Xatırladaq ki, 2004-cü ilin yanvarında Macarıstanda erməni zabitinin qətlində günahlandırılaraq barəsində ömürlük həbs qərarı çıxarılan Ramil Səfərov 8 il sonra - 2012-ci il avqustun 31-də Azərbaycan prezidentinin səyi ilə Budapeşt şəhərindəki həbsxanadan çıxarılaraq Bakıya gətirilib. Daha sonra prezidentiİlham Əliyevin sərəncamı ilə əfv olunub. Daha sonra Azərbaycan Silahlı Qüvvələrində xidmətə bərpa olunan Ramil Səfərova eks-müdafiə naziri Səfər Əbiyevin əmri ilə mayor rütbəsi verilib. Eyni zamanda ona hər bir şəraiti olan 3 otaqlı mənzil də bağışlanılıb. 2012-ci il oktyabrın 9-da Milli Ordunun zabiti Ramil Səfərov evlənib.
Mənbə: Milli.Az