Qadin.NET / Əlağa Vahidin Bağırova yazdığı şeir tapıldı

Əlağa Vahidin Bağırova yazdığı şeir tapıldı

 

Milli.Az axar.az-a istinadən Əlağa Vahidin Bağırova yazdığı şeiri sizə təqdim edir.

 

Çox ərizə yollamışam Baksovetə
Evimi görsə naxırçı, deyər, samanlıqdır,
Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.
Divarda ağcaqanadlar, yer üstə taxtabiti,
Hücuma bax gecələr, gör nə hökmranlıqdır.
Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə,
İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır.
Çox ərizə yollamışam Baksovetə, Raysovetə,
Gözləməkdir işim, məsələ dumanlıqdır.
Düzəltsəniz siz əgər, rəhbərim, mənə bir otaq,
Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır.

Mənbə: Mili.Az

13 dekabr 2013
GO BACK