2014-cü ilin birinci yarısında Türkiyədə ABŞ-ın "Sikorsky" şirkəti ilə birlikdə hərbi helikopterlərin istehsalına başlanacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Türkiyənin "Sabah" qəzeti xəbər verib. Qəzetin məlumatına görə, hərbi helikopterlər Ankarada istehsal olunacaq. 3,5 milyard dollarlıq müqavilə çərçivəsində 109 hərbi helikopter istehsal ediləcək. ABŞ-ın "Sikorsky" şirkəti ilə Türkiyənin Müdafiə Nazirliyi arasında danışıqlar 2010-cu ildə başlayıb.
Mənbə: Milli.Az