ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) kosmik peyklərindən çəkilən fotolar Çində ekoloji durumun fəlakət həddinə çatdığını göstərib. İqtisadiyyatı çox böyük sürətlə inkişaf edən Çində sənaye müəssisələri, xüsusilə də ağır metallurgiya və kimya müəssisələrinin sayı artdığından iri şəhərlərin, meqapolislərin havası hədsiz dərəcədə çirklənib. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, NASA-ının yaydığı fotolarda da Çinin Şanxay və Pekin kimi iri şəhərlərinin üzərində sürəkli tüstü buludunun olduğu görünür. Bu tüstü atvomobillərin dəm qazı, zavod və fabriklərin zəhərli tullantılarından və s. ibarətdir.
Mənbə: Milli.Az