Qadin.NET / Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edirlər?

Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edirlər?

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır.Bakıda və Abşeron yarımadasında hava əsasən səhər və axşam bəzi yerlərdə yağıntılı olacaq, şimal küləyi əsəcək.Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında dekabrın 14-də hava gecə və səhər yağıntılı olacaq, qar yağacaq, gündüz əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə gecə 18-23, gündüz isə 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Mənbə: Milli.Az

13 dekabr 2013
GO BACK