Qadin.NET / Mişel Platini "Qızıl Top"dan danışdı: "İki mükəmməl futbolçu var..."

Mişel Platini "Qızıl Top"dan danışdı: "İki mükəmməl futbolçu var..."

 

UEFA prezidenti Mişel Platini “Qızıl Top”a əsas namizəd olan futbolçular haqda danışıb.Milli.Az “Real Madrid” klubunun səhifəsinə istinadən xəbər verir ki, PlatiniRonaldu ilə Messini xüsusi olaraq tərifləyib. “Bayern Münhen” klubunun yarımmüdafiəçisi Frank Riberinin isə bütün kubokları qazandığını deyib: "Messi və Ronaldu iki möcüzəvi futbolçudur, Riberi də hər kuboku qazandı. Ən yaxşı olan qazanacaq, mənim bir favoritim yoxdur. Komandir kimi bir futbolçu gördümmü? Hər zaman dediyim kimi, iki mükəmməl futbolçu var - Messi və Ronaldu. Bir-birindən tamamilə ayrı iki xarakter, amma iki mükəmməl futbolçu. Həyatda hər mövzuda insanlar arasında fərqliliklər vardır".Qeyd edək ki, “Qızıl Top” 2014-cü il yanvarın 13-də İsveçrənin Sürix şəhərində adı çəkilən bu 3 futbolçudan birinə veriləcək. 
 Tuncay Türbəndzadə
Mənbə: Milli.Az
13 dekabr 2013
GO BACK