Yupiter planetinin təbii peyki Avropada buxar fəvvarələri başlayıb. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, alimlər hesab edirlər ki, buzdan olan peykin üzərində çatlar yarandığı üçün bu hadisə baş verir. Həmin qeyzerlər yüz kilometrlərlə yüksəkliyə qalxır.Qeyd edək ki, Yupiterin buz peyki Günəş sistemində üzərində qeyzer olan ikinci planetdir.
Mənbə: Milli.Az