Qadin.NET / Avropa Parlamentinin nümayəndələri İrana səfər ediblər

Avropa Parlamentinin nümayəndələri İrana səfər ediblər

 

Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.Məlumata əsasən, səkkiz nəfərlik nümayəndə heyəti İranda altı gün səfərdə olacaq. Onlar İran Parlamentinin spikeri Əli Laricani, Parlamentin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaiddin Bürucerdi və İranın digər rəsmiləri ilə görüşəcəklər.Nümayəndə heyəti, həmçinin İranın İsfahan şəhərinə səfər edəcək.

Mənbə: Milli.Az

13 dekabr 2013
GO BACK