Qadin.NET / Avropa Liqası: komandalar ikiyə ayrıldı

Avropa Liqası: komandalar ikiyə ayrıldı

 

Avropa Liqasının 1/16 final mərhələsinin iştirakçılarının tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsini uğurla adlayan 24 komanda Çempionlar Liqasında qrup üçüncüsü olan 8 iştirakçı ilə birlikdə gələn il qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirəcək. Dekabrın 16-da İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma ərəfəsində 32 komanda 2 səbətə bölünüb. Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Səpələnmişlər
“Alkmaar” (Hollandiya), “Bazel” (İsveçrə)*, “Benfika” (Portuqaliya)*, “Ayntraxt” (Almaniya), “Fiorentina” (İrtaliya), “Genk” (Belçika), “Ludoqorets” (Bolqarıstan), “Lion” (Fransa), “Napoli” (İtaliya)*, “Rubin” (Rusiya), “Zalsburq” (Avstriya), “Sevilya” (İspaniya), “Şaxtyor” (Ukrayna)*, “Tottenhem” (İngiltərə), “Trabzonspor” (Türkiyə), “Valensiya” (İspaniya).
Səpələnməmişlər
“Ayaks” (Hollandiya)*, “Anji” (Rusiya), “Betis” (İspaniya), “Çernomorets” (Ukrayna), “Dnepr” (Ukrayna), “Dinamo” (Ukrayna), “Esbyerq” (Danimarka), “Yuventus” (İtaliya)*, “Latsio” (İtaliya), “Makkabi” (T-ƏŞ İsrail), “Maribor” (Sloveniya), PAOK (Yunanıstan), “Porto” (Portuqaliya)*, “Slovan” (Çexiya), “Suonsi” (Uels), “Viktoriya” (Çexiya)*.
* - Çempionlar Liqasının qrup mərhələsində 3-cü yeri tutanlar. 

Mənbə: Milli.Az

13 dekabr 2013
GO BACK