Ukraynanın paytaxtı Kiyevdə Müstəqillik meydanında 4 minə yaxın insan etiraz aksiyasını davam etdirir.
Hüquq-mühafizə orqanları paytaxtda kütləvi tədbirlərin keçirilməsi ilə bağlı heç bir kobud hüquq pozuntusu qeydə almayıblar. Trend-in məlumatına görə, bu barədə cümə günü UNİAN DİN-ə istinadən xəbər yayıb.DİN-dən dəqiqləşdiriblər ki, gecə saatlarında Kiyevdə asayişi 1900 qanun keşikçisi qoruyub.Kiyevdə Avropaya inteqrasiyanın tərəfdarlarının kütləvi aksiyaları hökumətin Aİ ilə assosiasiya haqqında sazişi imzalamağa hazırlığı dayandırdığını elan etdikdən sonra - noyabrın 21-dən keçirilir
Mənbə: Milli.Az