İstanbul şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası Türkiyə yığması ilə yoldaşlıq oyunu keçirib. Milli.Az AFFA-ya istinadən xəbər verir ki, qarşılaşma 6:4 hesabı ilə türkiyəli futzalçıların xeyrinə başa çatıb. Azərbaycan millisinin heyətində Vieira da Silva Augusto Cezarhet-trik edib, bir qolu isə Ribeyro dos Santos Felipe vurub. Xatırladaq ki, bu komandalar arasında dekabrın 10-da keçirilmiş yoldaşlıq oyunu 4:1 hesabı ilə millimizin xeyrinə yekunlaşmışdı.
Mənbə: Milli.Az