Nigeriya hökuməti 2012-2013-cü illərdə neft ixracatından əldə ediilmiş 50 milyard dollar pulu itirib.Anspress “The Financial Times”a istinadən bildirir ki, bu barədə ölkənin Mərkəzi Bankının rəhbəri Lamido Sanusinin Nigeriya prezidenti Qudlak Conatana yazdığı məktubda deyilir. Sanusi qeyd edir ki, həmin pulların izi dövlət neft şirkəti “Nigerian National Petroleum Corporation”da (NNPC) itir. NNPC beləliklə illik neft gəlirinin 76 faizini itirib.Oxşar məktubu Conatana bundan əvvəlki ölkə prezidenti Olusequn Obasanco da yazıb. Onun sözlərinə görə, Nigeriyada hər gün 430 min barel neft itir.Afrikanın ən çox əhali yaşayan ölkəsi Nigeriyanın büdcəsinin 80 faizi neftin hesabına formalaşır. Əgər Sanusi və Obasanconun dedikləri düz olarsa, bu, tarixin ən nadir oğurluqlarından sayılacaq.
Mənbə: Milli.Az