Vetçaçiva hökuməti qarşıdurmalarda fəallara qarşı məhdud şərtlər altında silahdan, o cümlədən snayperlərdən istifadə etdiyini təsdiqləyib. Sabiq baş nazirin həbsi isə ölkədə siyasi gərinliyi daha da artıra bilər.Bir qədər əvvəl hazırkı baş nazir Yinqlak Şinavatra gərginliyi aradan qaldırmaq məqsədilə müxalifət rəhbərləri ilə görüşməyə razılıq vermişdi. Lakin müxalifət tərəfdarları heç bir dialoqa getməyəcəklərini, hökumət istefa verməyincə küçə və meydanları tərk etməyəcəyini bildirib. Ötən gün axşam saatlarına qədər davam edən aksiya zamanı fəallar baş nazir qərargahının elektrik enrjisini kəsiblər və idarəyə soxulacaqlarını bildiriblər.Baş nazir bir neçə gün öncə parlamenti buraxıb və fevral ayının 2-nə seçkilər təyin edib.
Mənbə: Milli.Az