Qadin.NET / Futbolçulara üçqat cəza qaldırılır?

Futbolçulara üçqat cəza qaldırılır?

 

Dekabrın 12-də UEFA-nın Bilbaoda keçirilən iclasında "üçqat cəza"nın ləğvi müzakirə olunub. Milli.Az Sports-a istinadən bildirir ki, söhbət penalti + rəqibin oyunçusunun meydandan qovulmasını təmin edən qırmızı kartdan gedir. Hazırkı qaydalara görə, hakim penalti təyin edən zaman futbolçunu kənarlaşdırır, o da öz növbəsində gələn oyunu da buraxmalı olur. UEFA-nın icraiyyə komitəsi Avropanın futbol üzrə qanunverici orqanı olan Beynəlxalq Futbol Assosiasiyaları İttifaqına (İFAB) məsləhət üçün müraciət edib. UEFA belə vəziyyətlərdə qırmızı deyil, sarı kartın göstərilməsini təklif edir.İclasda bundan başqa, həmçinin Avro-2016-nın püşkatmasında İspaniya və Cəbəlüttariqin futbol federasiyalarının ayrılması məsələsi də müzakirə olunub.

Mənbə: Milli.Az

13 dekabr 2013
GO BACK