Suriya üzrə ("Cenevrə-2") yanvarın 22-də nəzərdə tutulan beynəlxalq konfrans iştirakçılarının siyahısı hələ razılaşdırılmayıb. Trend İTAR-TASS agentliyinə istinadən bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Martin Nesirki jurnalistlərə bildirib."Hazırda siyahı üzərində iş başa çatmayıb", - Nesirki deyib.Dekabrın 12-də Britaniya qəzeti The Daily Star bildirib ki, konfransa 32 dövlət dəvət olunub, o cümlədən İran və Səudiyyə Ərəbistanı. Suriya münaqişəsində əks tərəfləri dəstəkləyən bu iki ölkələrin iştirakı, hazırda əsas məsələlərdən biri sayılır.
Mənbə: Milli.Az