Pakistanın şimalında, Əfqanıstan sərhəddində yaşayan kalaşlar nə fiziki görünüşləri, nə də adətləri ilə qonşularına oxşamır. Milli.Az Anspress-ə istinadən bildirir ki, buna səbəb onların uzaq keçmişidir. Bu qəbilənin kökü Makedoniyadan bu torpaqlara gələn böyük İskəndərin ordusuna söykənir. Böyük İskəndər, ən böyük xəyalı olan Asiyanın fəthi üçün ikinci addımı, bundan 2 min 300 il əvvəl atmışdı. Bundan əvvəl farslara qalib gələn, Anadolu, Orta-şərq və İranın fəthini tamamlayan İskəndərin yeni hədəfi Hindistan olub. Bu məqsədlə o, ordusunu İrandan Əfqanıstana apardı. Əfqanıstanda təxminən 2 il keçirən İskəndər buradan son hədəfinə çatmaq üçün cənuba, Hindistananın içərisinə yönəldi.Bugün Əfqanıstanda nə İskəndərdən, nə də onun imperiyasından çox az şey qalıb. Amma, İskəndərin nəvələri, başqa sözlə onun itmiş qəbiləsi hələ Əfqanıstan-Pakistan sərhəddində yaşayır. İskəndərin ordusunda yer alan əsgərlərin soy-kökündən gəldiyi düşünülən, sarı saçlı, mavi gözlü bu insanlar Asiyanın ortasında yaşayan digər qonşu xalqlardan asanlıqla fərqlənir. Amma, kalaşları fərqləndirən sadəcə fiziki xüsusiyyətləri deyil. Sarışın Kalaş qəbiləsi içki, narkotik və cinsi həyatlarını sərbəst yaşayır. Çitral bölgəsindəki Kalaş vadisinin yamaclarında yaşadıqları üçün mühafizəkar islam mədəniyyətinin təzyiqindən xilas olan 3 min nüfuzlu xalq, əkdikləri çətənələri ilətdirirdilər.Oğlanları dindar yəhudi tərzini xatırladır,saçları buruq olur. Qadınları isə üzlərinə döymə etdirib, rəngarəng işləməli qara kaftan geyinir. Müsəlmanların “qara kafirlər” deyib qadınlarını “əxlaqsız” gördüyü Kalaşlarda, evlilik vaxtı yeniyetməliklə birlikdə başlayır. Kişilər yeniyetməlik yaşına çatanda bunu qeyd etmək üçün onları uzaq yaylaqlara aparırlar. Bu yaylaqlarda bəslənən gənc oğlanlar kəndə qayıdanda yeniyetməlik çağına gəlmiş qızlardan birini seçib birlikdə olurlar. Kalaşların sosial həyatında qadınlar da kişilər kimi imtiyazlara sahib olur. Kalaşlarda kişilər həyat yoldaşını seçmək hüququna malik olsa da, istədiyi vaxt boşama q hüquqları yoxdu.Qadınlar isə istədiyi zaman həyat yoldaşını dəyişmə hüququna malikdir. Yoldaşını dəyişmək istəyən qadınlar bəyəndikləri kişiyə məktub yazaraq evlənmə təklif edir və evliliyin həyata keçməsi üçün kişiyə “başlıq” pul ödəyir.
Mənbə: Milli.Az