Suriyadakı kimyəvi silah üzrə ekspertlər qrupunun rəhbəri Oke Selstrom bu ölkədə silahlı münaqişə zamanı zəhərləyici maddələrin tətbiqi ilə bağlı icmal hesabatını BMT-nin baş katibi Pan Gi Muna təqdim edib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumt verir.Gözlənilir ki, Pan Gi Mun yaxın vaxtlarda məruzəni Təhlükəsizlik Şurasına təqdim edəcək.
Məruzə Suriya ərazisində kimyəvi silahın tətbiqi haqda bütün məlumatları ümumiləşdirir.Eyni zamanda Suriyada kimyəvi silahların qadağan olunması üzrə Təşkilatın və BMT-nin ayrıca birgə missiyası artıq işləyir, hansıki 2014-ci ilin ortalarında suriyalı zəhərləyici maddələri tamamilə məhvinə nail olmalıdır.BMT TŞ-nin sədri, Fransanın daimi nümayəndəsi Jerar Aro jurnalistlərə bildirib ki, sırf texniki xarakter daşıyan bu məruzə, Suriyada kimyəvi silahın tətbiqinin məsuliyyəti barədə nəticə çıxarmağa kömək edə bilər.
Mənbə: Milli.Az