Qadin.NET / Soyuq havanın faydaları da var

Soyuq havanın faydaları da var

 

Tibb soyuq hava, qar və buzdan bəzi xəstəliklərin müalicəsində istifadə edildiyini açıqlayıb. Buz dəridəki ləkələri, doğuşdan sonra qalan izləri və yanıq ləkəsini aparır. Xüsusi bir aparatla buz parçalarını dərinin alt təbəqələrinə yerləşdirirlər. Mütəxəssislər, soyuq havanın baş ağrılarına yaxşı təsir etdiyini deyir. Milli.Az Musavat.com-a istinadən bildirir ki, soyuq, həssas olan sinirləri yumşaldıb sakitləşdirir. Bundan başqa, yanağa qoyulan kiçik buz parçası diş ağrılarını da azalda bilir. Tökülən saçların yenidən çıxması üçün başınıza 0 dərəcə hazırlanmış buz parçası qoyun. “Kriyoterapi” (buz müalicəsi) ilə bədəndəki müxtəlif revmatizm və başqa ağrıları azalda bilir. Çünki soyuq, damarları sıxlaşdırır və hər cür ağrıları yox edir. Bunu təkcə xəstəxana şəraitinə deyil, evdə də tətbiq etmək olar. Avropanın qərb bölgələrində 110 dərəcə olan soyuq otaqlar xəstələr üçün istifadə edilir. Xəstələr 2 dəqiqə otaqlarda qalır. Bu üsul ürək xəstəlikləri olan insanlara yaxşı təsir edir. Cərrahi üsul ilə buzdan, qaraciyər, ağciyər, prostat və böyrək üzərində yer alan şişlərin azalmasında vacib rol oynayır.

 

Mənbə: Milli.Az
13 dekabr 2013
GO BACK