Qadin.NET / Bakının mərkəzi meydanı konsertə hazırlanır

Bakının mərkəzi meydanı konsertə hazırlanır

 

Bakının mərkəzində təşkil olunacaq Yeni il yarmarkası ilə bağlı işlər tamamlanmaq üzrədir. Fəvvarələr meydanında qurulan yarmarka üçün piştaxtalarda artıq son işlər gedir, onlar Yeni ilə uyğun bəzədilib, Yeni il atributları qoyulub. Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən Milli.Az-a bildirildi ki, Yeni il məqsədilə paytaxt sakinlərinin, eyni zamanda turistlərin rahat bazarlığını təşkil etmək üçün yaradılan yarmarkanın açılışı dekabrın 14-də, saat 19:00-da baş tutacaq. Təntənəli açılışda konsert proqramı olacaq.

 

Bakının mərkəzi meydanı konsertə hazırlanır

Mənbə: Milli.Az

13 dekabr 2013
GO BACK