Qadin.NET / Twitter rekord vurdu

Twitter rekord vurdu

 

Bu il dekabrın 10-da Twitter mikrobloqlar xidmətinin səhmlərinin qiyməti 52,58 dollar olub. Bu isə rekorddur. Milli.Az ICTnews-a istinadən bildirir ki, dekabrın 9-da şirkətin rəhbərliyi bir sıra yeniliklər haqqında elan etdikdən sonra Twitterin səhmləri kəskin bahalaşıb. İstifadəçilərə reklamın göstərilmə təcrübəsində yenilik edilib və hazırda brauzerin saxladığı veb-səhifələrə daxilolma tarixinə əsaslanaraq xüsusi seçilmiş reklamları görmək mümkün olacaq. Noyabrın 7-də Twitter ilk dəfə olaraq öz səhmlərini Nyu-York Fond Birjasında (NYSE) yerləşdirib. Səhmlər 26 dollar məbləğində birjada yerləşdirilib, lakin sonradan səhmlərin qiyməti 45,1 dollaradək bahalaşıb.

 

Mənbə: Milli.Az
12 dekabr 2013
GO BACK