Qadin.NET / 1971-ci ilin Plymouth-u satılır

1971-ci ilin Plymouth-u satılır

 

1970-dən 1974-cü ilə qədər buraxılmış 3-cü nəsil Plymouth Barracuda orijinal idman kupesi kolleksiyaçılar arasında xüsusilə qiymətləndirilir. Bizim günlərə qədər gəlib çatmış sportkarlardan biri yanvarın ikinci yarısında Floridada açılacaq Kissimmi 2014 hərracında satılacaq. Milli.Az 4charx.com-a istinadən bildirir ki, 1971-ci il buraxılışı Plymouth Barracuda, daha doğrusu, onun idman və ən güclü versiyası Hemi 'Cuda, sərt damla buraxılmış 108 və dörd pilləli mexaniki ötürücü qutu ilə buraxılmış 59 avtomobildən biridir ki, bu da ona daha çox eksklüzivlik və daha çox dəyər qazandırır. Maşın ümumilikdə cəmi 22 000 mil (35 420 kilometr) yol gedib və bunun sayəsində əfsanəvi sportkar çox yaxşı vəziyyətdə qalıb.

 

Mənbə: Milli.Az
12 dekabr 2013
GO BACK