Rusiyanın Yekaterinburq şəhərinin sakini Nadejda Kookşarova yaşadığı binanın qarşısındakı zibil qabında dəvəquşu balaları tapıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, dəvəquşuların sayı iki olub, ancaq onlardan yalnız biri sağ qalıb. Qadının sözlərinə görə, quşu qonşularla birlikdə sellofana bükərək binanın blokuna aparıblar. Çörək və su veriblər. Nadejda quşu zooparka vermək istəsə də, qəbul etməyiblər. Bununla belə zooparkdan deyiblər ki, qonşu rayondakı zooparka göndərə bilər. Nəticədə həmin zooparkın işçiləri üç aylıq quşu qəbul ediblər.
Mənbə: Milli.Az