Qadin.NET / Milli komandamız oynamadan irəlilədi

Milli komandamız oynamadan irəlilədi

 

FİFA-nın milli komandaların 2013-cü il üçün sonuncu reytinq cədvəli dekabrın 19-da açıqlanacaq. Artıq siyahıda yığmaların hansı pillədə qərarlaşacağı məlumdur. 

 

Hesablamalara əsasən, Azərbaycan yeni siyahıda 93-cü yerdə olacaq. Sonuncu dəfə noyabrın 28-də açıqlanan siyahının rəsmən dərc olunmasından sonra heç bir rəsmi oyuna çıxmayan yığmamızın hesabındakı xal isə dəyişməz qalıb. Belə ki, komandamızın indiki kimi 363 xalı olacaq. 
Lakin oynamamağı da millinin irəliləməsinə mane ola bilməyəcək. Ötən ay 95-ci olan komandamız 2 pillə yüksələcək. Əslində, 93-cü pillənin bu dəfə 3 sahibi olması gözlənilir. Çünki yerində qalan Efiopiya və 3 pillə irəliləyəcək Estoniya da komandamız kimi 363 xala malik olacaq. 
Komandamızın irəliləməsi 2 ölkə - Kuba və Dominikan Respublikasının uçuruma yuvarlanması ilə bağlıdır. Onlar müvafiq olaraq, 53 və 27 pillə aşağı düşməlidir. Düzdür, 12 pillə yüksələcək Səudiyyə Ərəbistanı bizi keçəcək. Lakin Efiopiyaya çatmağımız 2 pilləlik irəliləyişi təmin edəcək. 
Qeyd edək ki, İspaniya (1507), Almaniya (1318) və Argentinanın (1251) qərarlaşdığı ilk "üçlük"də heç bir dəyişiklik gözlənilmir.

Mənbə: Ekspress.Az

12 dekabr 2013
GO BACK