Qadin.NET / Fransanın dövlət idarəsi Napoleona rəsmi məktub göndərdi

Fransanın dövlət idarəsi Napoleona rəsmi məktub göndərdi

 

Fransanın Milli Statistika və İqtisadi tədqiqatlar institutu Korsikaya, Napoleon Bonaparta ünvanlanmış məktub göndərib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, məktub adanın paytaxtı Ayaçço şəhərinə dekabrın əvvəlində gəlib. Napoleona ünvanlanmış məktubla yanaşı, başqa min nəfərə də belə məktub göndərilib. Məktub kiçik biznes nümayəndələrinə ünvanlanıb. Napoleona ünvanlanmış məktub isə tarixi şəxsiyyətin doğulduğu və 10 il yaşadığı ünvana qonşu olan evə çatıb. (Ora hazırda Napoleon muzeyidir). Məktubu alan şəxs isə geri göndərib və qeyd edib ki, məktubun ünvanlandığı şəxs dünyasını dəyişib. O, məktubu müqəddəs Pyotra göndərməyi tövsiyyə edib. Görünür ki, belə məktubun göndərilməsi texniki səhv olub. Ancaq Napoleonun adının necə statistika idarəsinin məlumatlar bazasına daxil edildiyi bilinmir. Ehtimal olunur ki, idarənin işçilərindən biri zarafat üçün bu tarixi şəxsiyyətin adını siyahıya salıb. 

 

Mənbə: Milli.Az

12 dekabr 2013
GO BACK